Belarus və İran gələn il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalayıblar və birgə hərbi təlim keçirmək niyyətindədirlər.
Qaziler.az xəbər verir ki, bu barədə Beynəlxalq Hərbi Əməkdaşlıq Departamentinin rəisi və Belarus Müdafiə Nazirinin Beynəlxalq Hərbi Əməkdaşlıq üzrə köməkçisi Valeri Revenko “X” sosial hesabında məlumat verib.
"Minskdə İranın Baş Qərargahının nümayəndə heyətinin işi 2026-cı il üçün ikitərəfli əməkdaşlıq planının imzalanması ilə başa çatdı. Əsas tədbir ölkələrdən birinin ərazisində birgə təlim hesab olunur", - Revenko yazıb.
QAZİLER.AZ