AZ

SEPAH Fars körfəzində yanacaq daşıyan xarici gəmini saxladı

BAKI, 10 dekabr. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzində yanacaq qaçaqmalçılığı ilə məşğul olan əcnəbi gəmini saxladığını açıqlayıb.

Teleqraf "Mehr" agentliyinə istinadən xəbər verir ki, Svazilend (Esvatini) bayrağı altında qaçaqmal yanacaq (dizel yanacağı) daşıyan gəmi məhkəmə qərarı ilə ələ keçirilib və Buşəhr sahillərinə aparılıb.

"Bu gəmi İrandan qaçaqmalçılıq yolu ilə gətirilən 350 min litr yanacaq daşıyırdı , bu yanacaq məhkəmə qərarı ilə ölkəyə qaytarılıb və hazırda boşaldılır", - SEPAH Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir .

Açıqlamada bildirilir ki, gəmidə olan 13 nəfər həbs edilib.

Ekipaj üzvlərinin Hindistandan olduğu qeyd edilir.

Seçilən
1
teleqraf.com

1Mənbələr