AZ

Çempionlar Liqası: “Qarabağ” “Ayaks”a uduzdu – YENİLƏNİB

Bu gün “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində 6-cı tur oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika Stadionunda Niderland “Ayaks”ını qəbul edib. Görüş qonaqların qələbəsilə başa çatıb – 4:2.

Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə ediblər.

Hazırda turnir cədvəlində “Qarabağ” 7 xalla 21-ci , 3 xalı olan “Ayaks” isə sonuncu – 36-cıdır. 

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 6-cı tur

21:45. “Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland) 2:4

Qol: Kamilo Duran, 10 (1:0), Kasper Dolberq, 39 1:1), Mateus Silva, 47 (2:1), Oskar Qlux, 79 (2:2), 80 (4:2), Anton Qoey, 83 (2:3)

Hakimlər: Rade Obrenoviç, Yuri Praprotnik, Qreqa Kordez, Mateo Tozan (Sloveniya)

VAR: Matej Juq (Sloveniya)

AVAR: Alen Borosak (Sloveniya)

Seçilən
2
2
idmanxeber.az

10Mənbələr