AZ

“Qarabağ” evdə “Ayaks”a uduzdu

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində altıncı oyuna çıxıb.

Msport.az xəbər verir ki, komanda Niderlandın “Ayaks” kollektivini qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaq komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubunun heyətində qolları 10-cu dəqiqədə Kamilo Duran və 47-ci dəqiqədə Mateus Silva vurublar.

Sona iki tur qalmış “Qarabağ”ın aktivində 7 xal var. Təmsilçimiz növbəti matçını 2026-cı il yanvarın 21-də evdə Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcək.

Seçilən
20
msport.az

1Mənbələr