Çempionlar Liqasında əsas mərhələnin 6-cı turunda ''Qalatasaray'' ''Monako''nun qonağı oldu.
"Football-plus.az" xəbər verir ki, ötən tur Osimhensiz evdə ''Yunion''a minimal hesabla uduzan Türkiyə çempionu bu dəfə əsas qol silahının xidmətindən istifadə edə bildi. Amma nəticə dəyişmədi. İstanbul nəhəngi yenə 0:1 hesabı ilə uduzaraq çoxsaylı fanatlarını məyus etdi. Hətta qapıçı Uğurcan Çakırın hesab 0:0 olarkən penalti dəf etməsi də komanda yoldaşlarını ruhlandırmadı. Təcrübəli qapıçı 51-ci dəqiqədə Denis Zəkəriyənin zərbəsini dəf etdi.
Bu turnirdə ''Qalatasaray''ın heyətində penalti qaytaran son qapıçı 2012-nin sentyabrında ''Mançester Yunayted''lə oyunda Fernando Muslera olmuşdu.
Maraqlıdı ki, Uğurcan 68-ci dəqiqədə zədə üzündən əvəzləndi və meydana çıxan Günay Güvənç dərhal qol buraxdı! Moneqasklıların ən təhlükəli üzvü Folarin Baloqanın vurduğu qol oyunda yeganə oldu. Osimhenin avrokuboklarda 8 oyunluq qol vurmaq seriyası da qırıldı. İstanbul nəhəngi bu mövsüm ÇL-də 3-cü məğlubiyyətlə üzləşdi və 6-cı turu 9 xalla tamamladı. ''Qalatasaray''ın Fransa təmsilçilərinə qarşı səfərdə qolsuz seriyası 4, qələbəsiz seriyası isə 6 oyuna yüksəldi.
Ümumiyyətlə ''sarı-qırmızılar'' fransızlara qarşı son 11 səfər oyununda cəmi 1 qələbə qazanıb (2 heç-heçə, 8 məğlubiyyət). Yeganə qələbə 2001-in sentyabrında ''Nant'' üzərində əldə olunub (1:0).
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta