AZ

Bu, oğurluqdur Dö Vever Brüsseli hədəfə aldı

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Belçikanın Baş naziri Bart Dö Vever Avropa Komissiyasının dondurulmuş Rusiya aktivlərinin Ukraynaya yönəldilməsi təklifini sərt tənqid edib.

Globalinfo.az xəbər verir ki, Dö Vever bu planı “Rusiya Mərkəzi Bankının pullarının oğurlanması” kimi dəyərləndirib.

“Daha yaxşı həll yolları var. Bu, radikal bir addımdır. Mən bunu son dərəcə düşünülməmiş və qeyri-məntiqli hesab edirəm”, – deyə o, “VRT NWS”a müsahibəsində bildirib.

Belçika hökumət başçısı həmçinin belə bir qərarın qəbul edilməsi halında Avropa Komissiyasına qarşı məhkəmə iddiası qaldırma ehtimalını da istisna etməyib.

Aysel Əliyeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
globalinfo.az

1Mənbələr