AZ

Fred Qrim: Belə oyundan qələbə ilə ayrılmaq kifayət qədər yaxşıdır

“Ayaks”ın baş məşqçisi Fred Qrim Çempionlar Liqasında “Qarabağ”a qalib gəldikləri oyundan (4:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşüb:

– Maraqlı oyun alındı. Məncə, “Qarabağ”ın da qollarının keyfiyyəti yaxşı idi. Böyük şansları oldu ki, önə keçsinlər. Fasilədən sonra daha yaxşı oynamağa çalışdıq. 1:2 geridə olanda yenidən qol vurmaq çətin idi. Amma sonda bunu bacardıq.

– Nəhayət, xal qazandınız. Sizcə, qələbəni gətirən əsas amil nə idi?

– Əsas məsələ necə oynamağımızdan, taktikamızdan ibarət idi. Düzdür, daha yaxşı ola bilərdik. Oyun çətin keçdi, amma istədiyimiz nəticəni qazandıq.

Seçilən
88
publika.az

1Mənbələr