AZ

“Qarabağ” bizə yaxşı qollar vurdu - “Ayaks”ın baş məşqçisi

Çox gözəl oyun oldu.

"Unikal" xəbər verir ki, bu sözləri Niderlandın “Ayaks” komandasının baş məşqçisi Fred Qrim UEFA Çempionlar Liqasının liqa mərhələsinin VI turunda Bakıda “Qarabağ”a 4:2 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, “Qarabağ”ın yaxşı qollar vurduğunu bildirib: “Fasilədən sonra daha yaxşı oynadıq. Mental olaraq geri dönüş etmək çətin idi. İstədiyimiz oyunu göstərə bildik. Addım-addım daha yaxşı olacağıq. Bu matç həqiqətən də bizim üçün çətin keçdi”.

“Qarabağ”ın güclü və zəif tərəflərini bilirdik. Buna görə də nəticə əldə etdik. Bizə Bakıda dəstək olan azarkeşlərə təşəkkür edirəm. Möhtəşəm atmosfer var idi”, - deyə baş məşqçi qeyd edib.

Seçilən
88
1
unikal.az

2Mənbələr