AZ

Luvr muzeyində oğurluğun qarşısını almaq üçün 30 saniyə çatmayıb

"Oktyabrın 19-da Luvr muzeyində baş vermiş oğurluq hadisəsinin qarşısının alınması üçün mühafizəyə və polisə təxminən 30 saniyə çatmayıb".

Ölkə.az xəbər verir ki, bunu Fransanın Mədəniyyət İşləri üzrə Baş Müfəttişliyinin rəhbəri Noel Korben Senatdakı dinləmələr zamanı bildirib.

Korben qeyd edib ki, "Securitas" mühafizə şirkətinin işçiləri və ya polis patrulu bir az daha tez gəlsəydilər, cinayətkarların qaçmasının qarşısını ala bilərdilər. Onun sözlərinə görə, kameralardan monitorlara görüntülərin ötürülməsində gecikmələrə, həmçinin oğruların muzeyə daxil olduğu pəncərənin aşağı qorunma səviyyəsinə görə vaxt itirilib.

O vurğulayıb ki, mühafizə polisə oğruların daxil olduqları yerə dair daha dəqiq məlumat ötürsəydi, qiymətli saniyələrin itirilməsinin qarşısı alına bilərdi.(oxu.az)

Seçilən
45
3
olke.az

4Mənbələr