Bakı. Trend:
ABŞ-də kommersiya xam neft ehtiyatları keçən həftə 1,8 milyonbarrel azalaraq 5 dekabr 2025-ci il tarixinə 425,7 milyon barrelədüşüb.
Trend xəbər verirki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, cari ehtiyat səviyyəsi ilin bu dövrü üçünbeşillik orta göstəricidən 4% aşağıdır.
Bakı vaxtı ilə saat 19:30-a olan məlumatlara görə, Londonun ICEbirjasında "Brent" markalı neftin 2026-cı ilin fevralfyuçerslərinin qiyməti 0,74% azalaraq 61,48 dollar/barel, WTImarkalı neftin yanvar fyuçerslərinin qiyməti isə 0,77% enərək 57,8dollar/barel olub.