AZ

“Real”dan ayrılmağa hazırlaşır - Cari mövsümün sonunda

“Real”ın müdafiəçisi David Alaba cari mövsümün sonunda komandadan ayrılacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu gələn ilin yayında başa çatacaq müqaviləsinin müddətini uzatmağı planlaşdırmır.

Alaba 2021-ci ildən “Real”da çıxış edir. Cari mövsümdə isə o, zədə səbəbindən yalnız 4 matçda meydana çıxa bilib.

Avstriyalı futbolçu hazırda bərpa prosesini davam etdirir.

Seçilən
21
sportinfo.az

1Mənbələr