AZ

ABŞ Prezidenti atəşkəsi bərpa etmək üçün Tailand və Kamboca liderləri ilə danışacaq

Vaşinqton, 11 dekabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp cümə axşamı Tailand və Kamboca liderləri ilə danışacaq.

AZƏRTAC-ın məlumatına görə, bu barədə məlumat verən ABŞ Prezidenti danışığın iki ölkə arasında atəşkəsin pozulması ilə əlaqədar olacağını deyib.

“Düşünürəm ki, onları döyüşü dayandırmağa məcbur edə bilərəm. Bunu başqa kim edə bilər?”, - deyə o bildirib. O, dünyada səkkiz müharibənin həllində iştirak etdiyini xatırladaraq bəzən hansısa birinin yenidən alovlandığını əlavə edib. O, sözügedən toqquşmanı da təkrar dayandıracağını deyib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
64
azertag.az

1Mənbələr