Vaşinqton, 11 dekabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Qəzza Sülh Şurasının üzvlərinin gələn ilin əvvəlində elan ediləcəyini bildirib.
AZƏRTAC-ın məlumatına görə, Tramp onların qlobal liderlərdən ibarət olacağını əlavə edib.
“Bu, indiyə qədər ən əfsanəvi şuralardan biri olacaq. Əsasən, bu, ən vacib ölkələrin rəhbərlərindən ibarət olacaq. Hamısı orada olmaq istəyirlər”, - deyə Tramp qeyd edib.
Trampın atəşkəs sazişinin şərtlərinə əsasən, Sülh Şurasının Qəzzanın idarə olunmasında köməkçi rol oynaması planlaşdırılır.
ABŞ Prezidenti qrupun sədri vəzifəsini icra edəcəyini bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton