AZ

Tramp mətbuat katibinin görünüşünü təriflədi...

ABŞ prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi Kerolin Levittin görünüşünü tərifləyib.

SİA xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

...O gözəl üz, heç vaxt dayanmayan dodaqlar. Kiçik pulemyot kimi “yuxarı, yuxarı, yuxarı, yuxarı”, o, heç nədən qorxmur. Bilirsən niyə? Çünki bizim düzgün siyasətimiz var, - deyə respublikaçı bildirib.

Qeyd edək ki, Kerolin Levit ABŞ tarixində ən gənc Ağ Evin mətbuat katibidir.

O, bu vəzifəyə təyin olunanda 27 yaşında idi. O, əvvəllər Trampın seçki kampaniyası üçün mətbuat kommunikasiyalarına nəzarət edirdi.

Levittdən əvvəl ən gənc Ağ Evin mətbuat katibi rekordu 1969-cu ildə o vaxtkı 37-ci ABŞ prezidenti Riçard Nikson tərəfindən təyin edilmiş 29 yaşlı Ron Ziqlerə məxsus idi.

Trampın Levittin təyinatı ilə bağlı açıqlamasında onu "ağıllı, möhkəm və sübut olunmuş, yüksək effektiv ünsiyyətçi" kimi təsvir edib.

ABŞ prezidentinin və Ağ Evin mətbuat katibinin işi dövlət başçısına sadiq qalaraq etibarlı məlumat vermək və jurnalistlərin etimadını qazanmaqdır.

Əli Babayev

Seçilən
52
1
sia.az

2Mənbələr