Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişilər arasındaboks üzrə dünya çempionatı davam edir.
Trend-inməlumatına görə, yarışın növbəti günü Azərbaycan millisinin üç üzvüyarımfinal mərhələsinə vəsiqə qazanıb.
48 kq çəki dərəcəsində çıxış edən Sübxan Məmmədov ÖzbəkistanlıŞodiyorjon Melikuziyevi inamla məğlub edərək ilk dördlükdə yeralıb.
92 kq çəki dərəcəsində Məhəmməd Abdullayev Türkmənistantəmsilçisi Dövlət İslamovu üstələyərək yarımfinala yüksəlib.
Eyni çəki dərəcəsində Alfonso Dominqes Moldovalı AndreyZaplitnyiyə qalib gələrək milli komanda üçün günün üçüncü uğurunutəmin edib və medal mübarizəsini davam etdirəcək.
Dünya çempionatı dekabrın 13-də başa çatacaq.