AZ

Talibanda “Peaky Blinders” tərzində geyinən gənclərə xəbərdarlıq: İslam dəyərlərinə ziddir

BAKI, 11 dekabr. TELEQRAF

Əfqanıstanda Taliban dörd gənci məşhur "Peaky Blinders" serialının üslubunda geyindiklərinə görə əxlaq polisinin idarəsinə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Taliban rəsmisi Seyfullah İslam Xeybər BBC-yə məlumat verib.

Bildirilir ki, gənclər sosial şəbəkələrdə kostyum, köynək və flat-kepka ilə çəkdikləri fotoları paylaşmışıblar.

Taliban rəsmisi qeyd edib ki, bu geyim Əfqan və İslam dəyərlərinə ziddir və serialın təbliğ etdiyi dəyərlər ölkənin mədəniyyəti ilə uyğun gəlmir.

“Cins şalvar belə qəbul oluna bilərdi, amma britaniyalı aktyorların dəblərini təqlid etmək yolverilməzdir”, - o deyib.

Gənclər bazar günü əxlaq polisinin idarəsinə çağırılıb, ertəsi gün Heratda dindirilib və “məsləhət aldıqdan” sonra sərbəst buraxılıb. Rəsmilər onların reabilitasiya proqramından keçdiklərini bildirir.

Nazirlik tərəfindən yayılan videoda gənclər qaydaları pozduqlarını bilmədiklərini deyərək məmurlara təşəkkür edirlər, lakin kadrların hansı şəraitdə çəkildiyi bilinmir.

Daha əvvəl gənclər "Herat-Mic" kanalına müsahibələrində bu üslubu bəyəndiklərini, küçədə insanların onlara maraq göstərdiyini demişdilər.

Seçilən
62
teleqraf.com

1Mənbələr