Premyer Liqanın cari mövsümündə 200-cü qol vurulub.
Sportinfo.az xəbər verir ki, yubiley topu 14-cü turun “Sumqayıt” – “İmişli” oyununa təsadüf edib.
Rüstəm Əhmədzadənin 83-cü dəqiqədə vurduğu top “Sumqayıt”a 1:0 hesablı qələbə qazandırıb.
Bir matçda qeydə alınan texniki nəticəni nəzərə almasaq, bu, mövsümün 200-cü qolu kimi yadda qalıb. Bu tura qədər komandalar ümumilikdə 190 dəfə fərqlənmişdilər.
Ümumiyyətlə, 14-cü tur məhsuldarlıq baxımından aşağı olub. Təxirə salınan “Qəbələ” – “Turan Tovuz” matçı istisna olmaqla digər 5 görüşdə ümumilikdə 10 qol qeydə alınıb.
Bu isə cari mövsümün antirekordunun təkrarıdır. Buna qədər ən az qol 1-ci turda vurulmuşdu. Açılışturunda da komandalar ümumilikdə 10 dəfə fərqlənmişdilər.