Bakı. Trend:
ABŞ Nümayəndələr Palatası 2026-cı maliyyə ili üçün rekordməbləğdə – 901 milyard dollarlıq hərbi büdcəni təsdiqləyib.
Trend xəbər verirki, səsvermənin nəticələri C-SPAN telekanalı tərəfindənyayımlanıb.
Qanun layihəsinin lehinə 312, əleyhinə isə 112 qanunverici səsverib. Bununla da sənəd Konqresin aşağı palatasından keçərəkbaxılması üçün Senata göndərilib. Yuxarı palata da təsdiq etdiyihalda, layihə prezident Donald Trampın imzasına təqdimolunacaq.
Qeyd olunur ki, qəbul edilən büdcə ABŞ prezidentinin Konqresdəntələb etdiyi 892,6 milyard dollarlıq müdafiə xərclərini 8 milyarddollar üstələyir. Bu vəsait Pentaqonla yanaşı digər müdafiə vətəhlükəsizlik qurumlarının maliyyələşdirilməsini də əhatə edir.
Əvvəllər Nümayəndələr Palatası administrasiyanın təqdim etdiyieyni məbləği dəstəkləmiş, Senat isə bunu 925 milyard dollara qədərartırmağı təklif etmişdi. Nəticədə tərəflər kompromis variant olan901 milyard dollarlıq büdcədə razılığa gəliblər.