AZ

Qəzzanın"Sülh Şurası"nın tərkibi 2026-cı ildə açıqlanacaq

Ajans.az xəbər verrir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. "Biz bunu gələn ilin əvvəlində edəcəyik. Şuranın üzvləri ən mühüm dövlətlərin başçıları olacaq. İlkin gözləntilər bu strukturda tanınmış şəxslərin olması idi. Lakin, deyəsən, baş verənlər məhz belədir. Liderlər, krallar, Prezidentlər, Baş nazirlər - onların hamısı şurada olmaq istəyirlər", - deyə o vurğulayıb.

Oktyabrın 9-da İsrail və Fələstinin HƏMAS hərəkatı Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Trampın təqdim etdiyi sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Ertəsi gün Qəzza zolağında atəşkəs qüvvəyə minib.

Seçilən
27
Ajans.az

1Mənbələr