AZ

Tramp Venesuela sahillərində ələ keçirilən neft tanker barədə danışıb

ABŞ prezidenti: Tanker çox ciddi səbəbə görə müsadirə edilib, Vaşinqton yaxın günlərdə əlavə məlumat verəcək…

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Venesuela sahillərində ABŞ ordusunun ələ keçirdiyi neft tankerinə dair açıqlama verib. Ağ Evdə jurnalistlərlə söhbəti zamanı Tramp bildirib ki, tanker “çox ciddi səbəbə görə” müsadirə olunub və hadisənin detalları yaxın vaxtlarda açıqlanacaq.

10 dekabrda Bloomberg xəbər agentliyi ABŞ hərbçilərinin Venesuela sahillərində neft tankerini saxladığını yazmışdı. Agentliyə danışan yüksək vəzifəli ABŞ rəsmisi bildirmişdi ki, dövlətə məxsusluğu olmayan bu gəmi ABŞ-nin sanksiya siyahısında idi və yaxınlarda Venesuelanın bir limanında olmuşdu. Bloomberg-in qiymətləndirməsinə görə, hadisə iki ölkə arasında gərginliyin kəskin şəkildə artdığını göstərir və Venesuela neftinin ixracını ciddi şəkildə çətinləşdirə bilər. Çünki daşıyıcı şirkətlər ABŞ-ın oxşar əməliyyatlarını nəzərə alaraq riskdən yayınmağa çalışacaq.

Hadisədən sonra Venesuela hökuməti ABŞ-ı “beynəlxalq piratlıq aktı” törətməkdə ittiham edib və dünya ictimaiyyətini Vaşinqtonun addımlarını qınamağa çağırıb. Karakas hesab edir ki, ABŞ tərəfindən həyata keçirilən bu əməliyyat Venesuelanın suveren hüquqlarının pozulması və enerji sektoruna təzyiqin daha da gücləndirilməsi məqsədi daşıyır.

Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr