AZ

Tailand Kral Hərbi Hava Qüvvələri Kamboca mövqelərinə hava zərbələri endirib

Bakı. Trend:

Tailand Kral Hərbi Hava Qüvvələri sərhəd bölgələrində Kambocaordusunun artilleriya atəşinə cavab olaraq hava zərbələri həyatakeçirib.

Trend xəbər verirki, bu barədə Tailandın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hava zərbələri yalnız komanda məntəqələri,pilotsuz uçan aparatların idarəetmə obyektləri, eləcə də silah vəsursat anbarlarına endirilib. Nazirlik vurğulayıb ki, zərbələrzamanı heç bir mülki hədəf nəzərdə tutulmayıb.

Kral Hərbi Hava Qüvvələrinin sözçüsü Çakkrit Thammavişaybildirib ki, kəşfiyyat tərəfindən qaçılmaz təhlükə təsdiqlənərsə,hava qüvvələri Kamboca daxilində əməliyyatlar keçirməyə tamhazırdır.

Xatırladaq ki, bundan əvvəl Kamboca qüvvələri ağır artilleriyavə çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən istifadə edərək,Tailandın dörd sərhəd əyalətində yerləşən 12 mövqeyini intensivatəşə tutub. Tailand Kral Silahlı Qüvvələrinin Baş Qərargahı əlavəedib ki, Kamboca hazırda sərhəd ərazilərinə 130 km mənzilli, 300 mmçaplı raketlərlə təchiz edilmiş PHL-03 tipli çoxsaylı raketburaxılış sistemləri yerləşdirir.

Seçilən
31
az.trend.az

1Mənbələr