AZ

DYP sürücülərə müraciət edib

Bakı. Trend:

Son günlər qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin təhliligöstərir ki, mövsümlə əlaqədar havaların yağıntılı keçməsi,xüsusilə səhər və axşam saatlarında müşahidə edilən məhdud görməşəraiti yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.

Trend xəbər verirki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərəmüraciətində qeyd olunub.

Sürücülər tərəfindən əlverişsiz hava şəraitinin, yollarınsürüşkənliyinin nəzərə alınmaması, sürət həddinin düzgünseçilməməsi, enişli-yoxuşlu yollarda və sərt döngələrdə lazımiehtiyat tədbirlərinin görülməməsi, kəskin manevr və ya tormozlama,eləcə də digər qəbuledilməz davranışlar baş verən qəzaların həmsayına, həm də ağırlıq dərəcəsinə birbaşa təsir göstərir.

Təəssüf ki, yol qəzaları nəticəsində ailələr dağılıb,valideynlər övladlarını, övladlar valideynlərini, insanlar isədoğmalarını itiriblər. Halbuki bu qəzaların böyük bir hissəsininqarşısını almaq mümkün idi. Səhlənkarlıq, tələskənlik, etinasızlıqvə düşünülməmiş davranışların nəticəsi isə bəzən bir ömür boyusilinməyən ağrılara çevrilir.

Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərəmüraciət edir və onları əlverişsiz hava şəraitində dahaməsuliyyətli davranmağa, sürət həddini yol və hava vəziyyətinəuyğun seçməyə, normadan artıq ara məsafəsi saxlamağa, nəqliyyatvasitəsinin texniki sazlığına, xüsusilə şinlərin, işıq cihazlarınınvə şüşəsilənlərin işlək vəziyyətdə olmasına ciddi nəzarət etməyə,həmçinin digər yol hərəkəti iştirakçılarına, xüsusilə piyadalaraqarşı daha ehtiyatlı və humanist münasibət göstərməyə çağırır.

Unutmayaq ki, sükan arxasında verilən hər bir qərar təkcə özhəyatımıza deyil, başqalarının da taleyinə birbaşa təsir edir.

Seçilən
70
19
az.trend.az

10Mənbələr