Azərbaycan Basketbol Liqasında IX tura bu gün start veriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə B qrupunda iki matç keçiriləcək.
"Lənkəran" evdə "Quba"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.
Saat 20:00-da isə "Naxçıvan" və "Sərhədçi" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
"Naxçıvan" B qrupunda 14 xalla ikinci pillədə qərarlaşıb. "Lənkəran" 11 xalla üçüncü, eyni xala malik "Quba" dördüncü, "Sərhədçi" 10 xalla beşincidir.
Qeyd edək ki, IX tura dekabrın 14-də yekun vurulacaq.
"Sabah" Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq
Millimiz beynəlxalq turnirdə ikinci olub
ABL: IX turun proqramı müəyyənləşib
40 yaşlı Lebron Ceymsin növbəti uğuru
NBA-da daha 6 qarşılaşma baş tutub