AZ

Çempionlar Liqasında VI tura yekun vuruldu – Nəticələr


Çempionlar Liqasının Liqa mərhələsinin VI turu başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, turun ən əhəmiyyətli qarşılaşmasında “Mançester Siti” səfərdə “Real Madrid”i məğlub edib – 1:2.
Hazırda liqa mərhələsinə liderlik edən “Arsenal” isə Belçikada “Brügge”ni 0:3 hesabı ilə udub.
İtaliya çempionu “Napoli” Portuqaliyada “Benfika”ya 2:0 hesabı ilə uduzub.
Son çempion PSJ isə səfərdə “Atletik Bilbao” ilə heç-heçə edib – 0:0.
VI turun ikinci günündə baş tutan görüşlərin nəticələri belə olub:
“Real Madrid” – “Mançester Siti” 1:2;
“Club Brugge” – “Arsenal” 0:3;
“Atletik Bilbao” – PSJ 0:0;
“Bayer Leverkuzen” – “Nyukasl Yunayted” 2:2;
“Benfika” – “Napoli” 2:0;
“Borussiya Dortmund” – “Budexo-Qlimt” 2:2;
“Yuventus” – “Pafos” 2:0;
“Qarabağ” – “Ayaks” 2:4;
“Vilyarreal” – “Kopenhagen” 2:3.
Seçilən
55
yeniavaz.com

1Mənbələr