AZ

Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı yeni mərhələyə qədəm qoyub - Xanlar Fətiyev

Bakı. Trend:

Prezident İlham Əliyevin dekabrın 8-9-da SlovakiyaRespublikasına etdiyi rəsmi səfər hər şeydən əvvəl Azərbaycanınqlobal səviyyədə malik olduğu yüksək nüfuzun növbəti təsdiqi oldu.Dövlətimizin başçısının Bratislavada keçirdiyi görüşlərdə müzakirəolunan məsələlər yenidən formalaşmaqda olan geosiyasi nizamdaAzərbaycanın aparıcı roluna bir daha aydınlıq gətirdi.

Bu baxımdan cənab Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmisəfəri həm də Azərbaycanın Avropa İttifaqı çərçivəsindəmövqelərinin gücləndiyini göstərən mühüm siyasi hadisədir.Slovakiya Prezidenti Peter Pelleqrininin geniş tərkibdə görüşzamanı Prezident İlham Əliyevə xitabən «Siz dostlarınızın yanınagəlmisiniz. Biz Sizi, ölkənizi özümüzə dost hesab edirik, çünkiSizinlə dəfələrlə görüşmək imkanımız olub», deməsi isə dövlətimizinbaşçısına göstərilən böyük ehtiramın və Azərbaycanla əməkdaşlığaverilən böyük dəyərin göstəricisidir.

Cənubi Qafqazın lideri olan, siyasi və iqtisadi təşəbbüsləri iləregional və beynəlxalq əməkdaşlıq proseslərini stimullaşdıranAzərbaycan Avropa İttifaqının əksər üzvləri ilə sıx siyasi-iqtisaditərəfdaşlığa malikdir. Onların bir qismi ilə münasibətlər stratejiməzmun kəsb edir. Bu sırada Slovakiya ilə əlaqələr həm də möhkəmdostluğa və dərin qarşılıqlı ehtirama söykənməsi ilə diqqəti çəkir.Qeyd edək ki, hər iki dövlət oxşar tarixə və taleyə malikdirlər vəuzun onilliklər sosialist blokun tərkibində olublar. AzərbaycanlaSlovakiyanı birləşdirən başqa bir mühüm faktor isə hər iki dövlətinbeynəlxalq münasibətlərdə sülhsevər, ədaləti dəstəkləyən vədostluğu dəyərləndirən siyasət yürütməsidir. Təsadüfi deyil ki,rəsmi Bratislava artıq həllini tapmış Qarabağ məsələsində hər zamanədalətli mövqedən çıxış edib, problemin beynəlxalq hüququn norma vəprinsipləri çərçivəsində həllinə tərəfdar olub. Bu gün isə rəsmiBratislava postmünaqişə dövrünün reallıqlarını tanıyır və təqdiredir.

İkitərəfli əlaqələrə gəlincə, hər iki dövlət müxtəlif sahələrdəəməkdaşlığın dərinləşdirilməsi üçün böyük siyasi iradə nümayişetdirir. 2021-ci ildə Bakıda imzalanmış “Azərbaycan RespublikasıHökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadiəməkdaşlıq haqqında Saziş nəqliyyat, sənaye, logistika, enerji,investisiya və kənd təsərrüfatı kimi sahələrdə yeni tərəfdaşlıqimkanları yaradıb. İki ölkənin rəhbərliyinin əlaqələrinin inkişafıilə bağlı siyasi iradəsinin nəticəsidir ki, Azərbaycan-Slovakiyamünasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən ilinmay ayında Slovakiyanın Baş naziri Robert Fitsonun respublikamızarəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası iləSlovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılmasıhaqqında Birgə Bəyannamə”də əks olunan məsələlər hər iki tərəfinsiyasi iradəsinin təzahürü olmaqla, əməkdaşlığın perspektivlərinimüəyyən edir. Qısa müddət ötməsinə rəğmən strateji tərəfdaşlığınyaradılması haqqında Birgə Bəyannamə əlaqələri yeni inkişafmərhələsinə yüksəldib.

Hazırda Azərbaycanla Slovakiya arasında müxtəlif sahələr üzrəəməkdaşlıq istiqamətləri mövcuddur ki, onlardan bəziləri hər ikitərəf üçün xüsusilə prioritet təşkil edir. Bunlardan biriSlovakiyanın enerji təhlükəsizliyinin təmin olunması və bu prosesdəAzərbaycanın iştirakıdır. Məlumdur ki, Avropa İttifaqı Rusiyaqazının Slovakiyaya idxalını tam qadağan etmək qərarına gəlib.Prezident Peter Pelleqrininin bildirdiyi kimi Avropa İttifaqı buqərarı 27 üzv adından qəbul edib. Lakin ötən ildən başlayaraqAzərbaycanın idxal etdiyi təbii qaz həm də Slovakiyaya ixracolunur. Avropa İttifaqının Rusiya təbii qazından tamamilə imtinaetdiyi bir vaxtda bu, Slovakiya üçün olduqca mühüm əhəmiyyət kəsbedir.

Azərbaycan həm də uzunmüddətli perspektivdə Slovakiya üçünenerji təhlükəsizliyi məsələlərində əsas strateji tərəfdaş olabilər. Prezident İlham Əliyevin Bratislavada mətbuata bəyanatındabununla bağlı qeyd etdiyi kimi respublikamızda yeni qazyataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək vətəbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycanqazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır.

Azərbaycandan təbii qaz alan ölkələrin sayı artıq 14-ə çatıb.Onlardan 8-i Avropa İttifaqına üzv olan dövlətlərdir. Bu dövlətlərməhz Azərbaycanın təbii qazı hesabına özlərinin enerjitəhlükəsizliyini təmin edirlər. Azərbaycanın enerji təchizatınınşaxələndirilməsində oynadığı rol digər Avropa dövlətləri kimiSlovakiya tərəfindən də yüksək qiymətləndirilir.

Azərbaycanla Slovakiya arasındakı əlaqələrin prioritetistiqamətlərindən biri də müdafiə sənayesi sahəsində əməkdaşlıqdır.Burada söhbət yalnız Azərbaycana silah satışından yox, həm də birgəistehsaldan gedir. Slovakiyanın özüyeriyən artilleriya qurğularınınvə digər hərbi məhsulların istehsalı sahəsində böyük təcrübəsi var.İki dövlət hərbi texnikanı birgə istehsal edə və ixracını həyatakeçirə bilərlər.

Onu da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdəaparılan bərpa işlərində Slovakiya şirkətləri də iştirak edirlər.Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq prosesindəiştirak edən xarici şirkətlər əsasən dost və tərəfdaş dövlətləritəmsil edirlər. Onların arasında Slovakiya şirkətlərinin də olmasıiki dövlətin dostluğunun nümunəsidir. Həmin şirkətlər Ağdamrayonunun Baş Qərvənd kəndinin “ağıllı kənd” konsepsiyası əsasındayenidən qurulmasında iştirak edirlər. Prezident İlham Əliyevin qeydetdiyi kimi 851 ev və 10 yaşayış binasından, eləcə də məktəb, uşaqbağçası və tibbi mərkəzdən ibarət kənd nailiyyətlərimizin və əbədidostluğumuzun təzahürü olacaq. Bundan başqa, Slovakiya işğaldanazad edilmiş ərazilərimizin minalardan təmizlənməsi prosesində dəAzərbaycana yardım edir.

Bütövlükdə, Prezident İlham Əliyevin Slovakiyaya səfəri ikidövlət arasındakı yüksək siyasi dialoqun, möhkəm dostluğun vəstrateji tərəfdaşlığın növbəti təzahürü oldu. Danışıqlarda vəverilən bəyanatlarda səslənən fikirlər göstərdi ki, həm Bakı, həmdə Bratislava əlaqələrin inkişafına böyük maraq göstərir. İkidövlət arasında müzakirə edilən məsələlərin əhatə dairəsi isəgenişdir. Bu baxımdan, cənab İlham Əliyevin Slovakiyaya etdiyi ilkrəsmi səfər münasibətlərin yeni mərhələdəki inkişafında mühüm roloynayacaq.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Məqalədə:
Seçilən
14
3
az.trend.az

4Mənbələr