Ermənistanın baş naziri Nikol Paşinyan Bakıya birgə yol xəritəsi hazırlamağı və paralel olaraq təkcə Qarabağ məsələsini deyil, həm də “Qərbi Azərbaycan” adlanan məsələni həll etməyi təklif edib.
Publika.az xəbər verir ki, Paşinyan Almaniyada jurnalistlərlə söhbətində Azərbaycan Xarici İşlər Nazirliyinin son açıqlamasını şərh edərkən bu barədə danışıb.
“Deyirəm ki, gəlin oturub bu problemi necə aradan qaldıracağımızı anlamaq üçün yol xəritəsi hazırlayaq. Bu problemi aradan qaldırmaq uzunmüddətli münaqişənin aradan qaldırılması deməkdir”, - Paşinyan deyib.
Bakı bundan əvvəl Ermənistan-Avropa İttifaqının yeni strateji tərəfdaşlıq gündəliyindən narazılığını bildirərək, bu sənədin Azərbaycanla sülh prosesinə zidd olduğunu iddia edib. Azərbaycan Xarici İşlər Nazirliyi sənədə daxil edilmiş “Azərbaycanın hərbi əməliyyatları nəticəsində didərgin düşmüş Qarabağ erməniləri” ifadəsinin işlədilməsini, eləcə də İrəvanla Brüssel arasında tərəfdaşlıqda bu məsələnin prioritetləşdirilməsini “qəbuledilməz” hesab edir.
Paşinyanın sözlərinə görə, bu, həssas mövzudur. Lakin o, “Qərbi Azərbaycan” ifadəsini rədd edir.