Danimarka 2025-ci il üzrə Xarici və Hərbi Kəşfiyyat Xidmətinin yeni hesabatında ABŞ-ı ilk dəfə mümkün təhlükə mənbələrindən biri kimi qeyd edib.
Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Hesabatda bildirilir ki, ABŞ getdikcə daha çox öz maraqlarını önə çəkir və “iqtisadi və texnoloji gücündən hakimiyyət aləti kimi istifadə edir”.
Sənədə görə, Vaşinqton müttəfiqləri və tərəfdaşlarına qarşı belə yüksək tariflərlə təzyiq göstərir və “artıq hərbi güc tətbiqini də istisna etmir”.
Bununla belə, Danimarka kəşfiyyatı təhlükəsizlik üçün əsas təhdidlərin hələ də Rusiya və Çin olduğunu vurğulayır.

Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta