Ali Məhkəmədə dələduzluqda və rüşvətə təhrik etməkdə təqsirləndirilən Sübhan Tağıyevin barəsindəki qərardan yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim İlqar Cəfərovun sədrliyi ilə araşdırılır.
Növbəti prosesdə qərarın elan edilməsi gözlənilir.
İttihama görə, Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü Sübhan Tağıyev özünü bir neçə vətəndaşa Dövlət Neft Şirkətinin (SOCAR) İnsan resursları şöbəsinin səlahiyyətli şəxsi, digər şəxslərə isə “İdeal” adlı şirkətin müdiri kimi təqdim edib, SOCAR-da geniş əlaqələrə malik olduğunu deyib. O, həmin şəxslərə adının isə " Akşin" olduğunu söyləyərək onları işə düzəldəcəyi vədini verib. Sübhan Tağıyev aldatdığı vətəndaşlardan ümumilikdə 7 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirib.
Daha sonra aldaldıqlarını görən şəxslər hüquq-müdafiə orqanlarına müraciət edib və Sübhan Tağıyev saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmədə Sübhan Tağıyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və deyib ki, heç bir yerdə işləmir.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov