AZ

Kambocada Taylandla toqquşmalarda ölənlərin sayı 10-a çatıb

Taylandla sərhəddə münaqişənin şiddətlənməsi nəticəsində azı 10 kambocalı ölüb, 60 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kamboca Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

"2025-ci il dekabrın 10-na olan məlumata görə, Kambocada 10 mülki şəxs (biri uşaq olmaqla) həlak olub, 60 mülki şəxs isə yaralanıb", - deyə departamentin teleqram kanalı bildirib.

Bundan əvvəl Krallığın Müdafiə Nazirliyi 9 kambocalının öldüyünü və 46 nəfərin yaralandığını bildirmişdi.

Əli Hüseynov

Seçilən
33
1
bakivaxti.az

2Mənbələr