AZ

"Sülh Sazişi imzalanandan sonra məcburuq ki..." - Baş nazir

"Sülh müqaviləsini imzalamaq üçün heç bir şərtimiz yoxdur". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyada jurnalistlərlə söhbətində deyib. 

O, Azərbaycanın bəzi mövzuları irəli sürdüyünü deyib: "Əgər Azərbaycan Konstitusiyamızda ərazi iddialarının olduğunu düşünürsə, bu məsələni həll etməyin ən qısa yolu Sülh Müqaviləsi imzalamaqdır. Çünki Sülh Sazişi imzalanandan sonra qanunvericiliyimizə görə biz borcluyuq, məcburuq ki, bunu Konstitusiya Məhkəməsinə göndərək. Məhkəmə də həmin sazişin Ermənistan Respublikasının Konstitusiyasına uyğunluğunu yoxlayacaq.

Bu gün Ermənistan xalqına gəlin Konstitusiyanı dəyişdirək demək üçün heç bir legitimliyimiz yoxdur: "Ona görə ki, Ermənistan xalqı mənə deyəcək ki, 2024-cü ilin sentyabrında Konstitusiya Məhkəməmiz Alma-Ata Bəyannaməsinin Konstitusiyamıza uyğun olduğunu qərara alıb, ona görə də biz niyə Konstitusiyamızı dəyişməliyik?"

Ağarza Elçinoğlu

Seçilən
23
1
unikal.az

2Mənbələr