AZ

Vətən uğrunda şəhid olmuş kapitan Samir Mehdiyevin doğum günüdür

Dərin ehtiramla yad edirik!

QHT.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Samir Mehdiyev 1990-cı il dekabrın 11-də Şirvan şəhərində anadan olub. 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olan Samir Mehdiyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb və oktyabrın 23-də bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Subay idi.

O göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!

Seçilən
21
qht.az

1Mənbələr