Xəbər verdiyimiz kimi Sumqayıtın İnşaatçılar qəsəbəsində müəyyən məhəllələr “unudulub”. Lakin yağan yağışlar unudulmayan məhəllələrdə də acınacaqlı vəziyyəti üzə çıxarıb.
NOCOMMENT.az xəbər verir ki, yağan yağışlar səbəbindən Sumqayıtda 9 nömrəli tam orta məktəbin qarşısındakı yolda yaranan palçıqlı gölməçələrdə “İsuzu” markalı avtobus və yük maşını batıb.
Qəsəbədə nəqliyyat vasitələrinin qazıntı aparılmış yolda batmasını əks etdirən görüntülər yayılıb. Batan nəqliyyat vasitələrini çıxarmaq üçün əraziyə texnika cəlb edilib.
Qeyd edək ki, verilən məlumata əsasən, həmin ərazilərdə qazıntı işinin səbəbi kanalizasiya xəttinin cəkilməsidir. Lakin bu ərazilərin plana düşdüyü bildirilirdi. “Amma bura yeni təmir olunmuş məktəbin ətrafıdır. Nəqliyyat vasitələrinin hərəkət edə bilmədiyi yollarda uşaqlar necə hərəkət edə bilər”, – deyə sakinlər bildirir.
Görüntüləri təqdim edirik: