AZ

Proaktiv sosial təminat təyinatlarında artım qeydə alınıb

2025-ci ilin on bir ayında 143,7 mindən çox şəxsə proaktiv qaydada sosial müavinət və təqaüd təyin edib bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,7 min nəfər və ya 1,9% artım deməkdir. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Fondun məlumatına görə, müavinət və təqaüd alanların 51,5%-ni kişilər, 48,5%-ni isə qadınlar təşkil edib.

2024-cü ilin müvafiq dövründə bu göstəricilər müvafiq olaraq 52,68% və 47,32% olub.

Proaktiv təyinat mexanizmi müraciət tələb etmədən vətəndaşlara sosial təminat növlərinin avtomatik verilməsini nəzərdə tutur və son illərdə ölkədə rəqəmsal sosial xidmətlərin genişləndirilməsi siyasətinin əsas elementlərindən biridir.

Gülnar 

Seçilən
26
1
anews.az

2Mənbələr