AZ

Bu gün Azərbaycan Basketbol Liqasında doqquzuncu tura start veriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında doqquzuncu tura start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə B qrupunda iki oyun keçiriləcək.

“Lənkəran” evdə “Quba”nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

Saat 20:00-da isə “Naxçıvan” və “Sərhədçi” komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

Turnir cədvəlində “Naxçıvan” B qrupunda 14 xalla ikinci pillədə qərarlaşıb. “Lənkəran” 11 xalla üçüncü, eyni xala malik “Quba” dördüncü, “Sərhədçi” 10 xalla beşincidir.

Qeyd edək ki, doqquzuncu tura dekabrın 14-də yekun vurulacaq.

İdman.Biz

Seçilən
54
5
idman.biz

7Mənbələr