AZ

11 ayda 143 mindən çox şəxsə proaktiv qaydada müavinət və təqaüd verilib

2025-ci ilin yanvar-noyabr ayları ərzində 143,7 min nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

Kommersant.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, bunun 51,5%-ni kişilər, 48,5%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində 141 mindən çox proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

Onların 52,68%-ni kişilər, 47,32%-ni isə qadınlar təşkil edib.

Seçilən
18
1
kommersant.az

4Mənbələr