İxrac məqsədli layihələrdə işçilərin 80%-i Azərbaycan Respublikasının vətəndaşları olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanunda əksini tapıb.
Altı aydan az davam edən layihələrdə bu tələb tətbiq olunmur. Vətəndaş olmayan işçilərin işə qəbulu Əmək və Miqrasiya Məcəllələrinə uyğun həyata keçirilir. Müvafiq icra orqanları nisbətlərin dəyişməsinə yalnız istisna hallarda razılıq verir. Bu, yerli əmək bazarının qorunmasına yönəlmişdir.