AZ

“Krımın gələcəyini yalnız Ukrayna və Krım tatar xalqı müəyyən edəcək” - Refat Çubarov

Yazını böyüt
Yazını kiçilt

Krım Tatar Milli Assambleyasının (KTMM) sədri Refat Çubarov ABŞ Prezidenti Donald Trampın Krımla bağlı sözlərinə cavab verib.

Hafta.az yazır ki, Trampın “Krım dörd okeanla əhatə olunmuş kiçik bir torpaq parçasıdır” ifadəsinə reaksiya verən Çubarov beynəlxalq hüquq prinsiplərinin vacibliyini vurğulayıb. Çubarov bildirib ki, hər bir dünya siyasətçisinin Krımın coğrafiyasını, tarixini və yerli xalqı olan Krım tatarlarını mükəmməl başa düşməsi tələb deyil: “Lakin, onlardan beynəlxalq hüququn fundamental prinsiplərini ən azı əsas şəkildə başa düşmələrini və BMT Nizamnaməsində təsbit olunmuş prinsiplərə riayət etmələrini gözləmək bizim haqqımızdır”.

Refat Çubarov vurğuladı ki, dövlətlərin suveren bərabərliyi, güc tətbiqi təhdidinin qəbuledilməzliyi, daxili işlərə müdaxilə etməmək, dövlətlərin əməkdaşlıq etmək öhdəliyi, xalqların öz müqəddəratını təyin etmək hüququ və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi kimi prinsiplər sülhün və təhlükəsizliyin qorunması üçün vacibdir. Bu prinsiplər işığında Krımın gələcəyini müəyyən etmək hüququnun yalnız Ukrayna dövlətinə və Krım tatar xalqına məxsus olduğunu vurğulayan Çubarov bildirib ki, "Digər aktyorların Krımın gələcəyini Ukraynaya və Krım tatar xalqına diktə etməyə çalışması qəbuledilməzdir".

Seçilən
19
hafta.az

1Mənbələr