AZ

İran və  Venesuela neftini daşıyan gəmi ABŞ tərəfindən ələ keçirildi  

Vətəninfo.az xəbər verir ki, bu haqda Amerika Birləşmiş Ştatlarının Baş Prokuroru açıqlama verib. Tramp administrasiyasında ABŞ prokuroru vəzifəsində çalışan Pamela Bandi Venesuela sahillərində “FTB”, “HSI”-nin birgə təhlükəsizlik əməliyyatı zamanı sanksiya tətbiq edilmiş İran və Venesuela neftini daşıyan böyük bir tankerin ələ keçirildiyini göstərən video paylaşıb. O, tankerin illərdir xarici terror təşkilatlarını dəstəkləyən qanunsuz neft daşıma şəbəkələrində iştirakına görə ABŞ sanksiyaları altında olduğunu vurğulayıb. Bandi əlavə edib ki, sanksiya tətbiq edilmiş neft daşıma şəbəkələri ilə bağlı araşdırmalar davam edir.

Seçilən
18
veteninfo.az

1Mənbələr