AZ

Qonşu ölkədə aqressiv qrip növünə yoluxma hallarında KƏSKİN ARTIM

Rusiyada aqressiv A tipli qrip hallarında kəskin artım qeydə alınıb.

Far.Az xəbər verir ki, bu barədə "Baza" Telegram-da məlumat yayıb.

Bildirilib ki, yoluxmuş şəxslərdə 38-40 dərəcə Selsi arasında davamlı yüksək hərarət, şiddətli bədən ağrıları, qusma, ishal, burun tıkanıqlığı və öskürək müşahidə olunur.

Simptomların uşaqlarda 15-30 dəqiqədən böyüklərdə bir neçə saata qədər göründüyü və beş gün davam etdiyi bildirilir.

İnfeksiyalarda ən yüksək artım iki yaşdan beş yaşa qədər uşaqlar, eləcə də diabet və bir sıra digər xroniki xəstəlikləri olan ruslar arasında qeydə alınıb. Rospotrebnadzor-un məlumatlarına istinadən kanal qeyd edir ki, Rusiyanın 89 bölgəsindən səkkizində kəskin respirator virus infeksiyaları və qrip halları həddi aşıb.

Seçilən
19
far.az

1Mənbələr