AZ

Ukrayna rusiyalı idmançını “qara siyahı”ya saldı

İkiqat Olimpiya çempionu, rusiyalı idmanı Svetlana Boqaliy Ukraynanın “Mirotvorets” adlı saytının bazasına daxil edilib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, idmançıya Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd, eləcə də Rusiyanın “xüsusi hərbi əməliyyatına” dəstək vermək kimi ittihamlar irəli sürülüb.

Saytın məlumat bazasında Boqaliy haqqında qeyd edilir ki, o, “Ukraynaya qarşı təcavüzkar fəaliyyəti dəstəkləyən şəxslərdən biri” kimi qiymətləndirilir. Bununla da o, siyahıda olan bir çox rusiyalı idmançı və ictimai xadimlərin sırasına əlavə olunub.

Boqaliy biatlon üzrə tanınmış idmançıdır, iki dəfə Olimpiya çempionu olub və uzun illər Rusiya yığmasının tərkibində yarışıb.

Bizim.Media

Seçilən
25
2
bizim.media

3Mənbələr