AZ

“Qarabağ” klubu dünya reytinqində üç pillə geriləyib

“Qarabağ” klubu dünya reytinqində üç pillə geriləyib.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda 187,5 xalı olan Azərbaycan çempionu 65-ci sıradan 68-ci pilləyə geriləyib.

"Araz-Naxçıvan" da sıralamada geriləyib. Komanda 390-cı pillədən (57,75 xal) 486-cı sıraya düşüb.

Reytinq sırasında mövqelərini yaxşılaşdıran komandalarımız da var. Belə ki, 87,25 xalı olan "Sabah" 276-cı mövqedən 252-yə, 70,5 xalı olan "Zirə" isə 387-dən 360-a qalxıb.

Qeyd edək ki, 502 klubun yer aldığı siyahıya 585 xalla Fransanın PSJ komandası lidelik edir.

İdman.Biz

Məqalədə:
Seçilən
7
25
idman.biz

10Mənbələr