Sentyabrda vəfat edən türkiyəli məşhur müğənni Güllünün (Gül Tut) ölümündən əvvəl göründüyü son videodakı səs qeydləri təmizlənib.
Ölkə.Az xəbər verir ki, TÜBİTAK (Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası) tərəfindən təmizlənən səs qeydlərində mərhumun qızının onu hədələdiyi üzə çıxıb.
Beləliklə Güllünün ölümünün qəza deyil, qətl olduğu müəyyən edilib.
Araşdırmalar qeydlərdəki "Səni indi ataram" ifadəsinin Güllünün qızı Tuğyan Ülkəm Gülterə məxsus olduğunu müəyyən edib.
İstintaq tapıntılarına görə, çox miqdarda spirtli içki qəbul edən Güllü tualetə getdikdən sonra Gülter və dostu Ulu alçaq pəncərəli otağa gedib pəncərəni açıblar.
Daha sonra Güllünün rəqs etdiyi qaraçı xalq mahnısı "Malkara" ucadan səslənib.
Hamamdan çıxan Güllü musiqini eşidib "Bu nədir?" deyərək otağa tərəf yönəlib. Bu zaman müğəəninin qızının “səni indi atacağam” dediyi, daha sonra anasını pəncərədən aşağı itələdiyi məlum olub.
Kameranın fon səs-küyünün təhlilində başqa bir kritik tapıntı əldə edilib. Güllü yıxıldıqdan sonra qızının dediyi “Haydi, görüşərik, bay-bay” dediyi məlum olub.
Xatırladaq ki, Güllünün ölümü ilə bağlı aparılan istintaq çərçivəsində ötən gün onun Tuğyan Ülkem Gülter və rəfiqəsi Sultan Nur Ulu ölkədən qaçmaq istəyərkən ötən gün saxlanılıb.
Qeyd edək ki, müğənni Güllü bu lin sentyabrında Yalovadakı evində pəncərədən yıxılaraq ölüb. Ölümündən dərhal sonra hadisənin sui-qəsd olduğu iddia edilib. İfaçının ölümündə qızı əsas şübhəli kimi tqədim edilirdi.
Billurə