AZ

Pəncərədən yoldan keçənlərə pirotexniki vasitə atırdı - SAXLANILDI

Sankt-Peterburqda mənzilinin pəncərəsindən keçənlərin üzərinə pirotexniki vasitə atan kişi polis tərəfindən saxlanılıb. 

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Polisin məlumatına görə, pəncərədən yoldan keçən insanlara ardıcıl şəkildə pirotexniki vasitələr atıldığı barədə məlumat daxil olub. Əraziyə gələn əməkdaşlar 37 yaşlı yerli sakini saxlayıblar. Onun hadisə zamanı spirtli içkinin təsiri altında olduğu, heç yerdə işləmədiyi və əvvəllər məhkumluq yaşadığı bildirilib.

Hazırda faktla bağlı cinayət işinin açılması məsələsi araşdırılır.

Nuriyyə NATİQQIZ

Seçilən
29
2
redaktor.az

3Mənbələr