AZ

Qazaxıstanda İslam Maliyyəsi üzrə Beynəlxalq Şura yaradılıb

BAKI, 11 dekabr. TELEQRAF

Astana Beynəlxalq Maliyyə Mərkəzində İslam Maliyyəsi üzrə Beynəlxalq Şura yaradılıb. Burada Səudiyyə Ərəbistanı, Bəhreyn, Malayziya, Türkiyə, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərindən mütəxəssislər işləyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan qurumunun mətbuat xidməti məlumat yayıb.

Şura Qazaxıstanda İslam maliyyəsinin inkişafı üçün əsas intellektual nüvə olacaq. O, qanunvericilik, şəriət idarəçiliyi, kapital bazarları, davamlı maliyyə, rəqəmsal həllər və beynəlxalq əməkdaşlıq üzrə müstəqil tövsiyələr formalaşdıracaq.

Seçilən
27
teleqraf.com

1Mənbələr