Bakı. Trend:
Ermənistanın məqsədi Avropa İttifaqına üzvlükdür, Avrasiyaİqtisadi İttifaqından (Aİİ) çıxış deyil .
Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri NikolPaşinyan Moskvaya yollanmazdan əvvəl Almaniyada verdiyimətbuat-konfransında deyib.
Paşinyan vurğulayıb ki, eyni vaxtda iki birliyə üzvlükmümkünsüzdür.
“Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması birtərəfdən özü-özlüyündə məqsəd deyil, lakin digər tərəfdən ölkəninAvropa İttifaqına üzvlüyü birbaşa məqsəddir. Biz başa düşürük ki,Aİ və Avrasiya İqtisadi İttifaqında eyni vaxtda üzv olmaq mümkündeyil. Biz anlayırıq ki, elə bir məqam yaranacaq ki, qərar qəbuletmək lazım olacaq. Amma hazırda biz həmin məqamda deyilik, yənibelə bir qərarın qəbuluna indi ehtiyac yoxdur”, – deyə ErmənistanınBaş naziri bildirib.
Onun sözlərinə görə, hazırda belə bir ehtiyac yoxdursa, Avrasiyaİqtisadi İttifaqından çıxmaq barədə qərar qəbul etməyə də əsasyoxdur.