AZ

“3 nəfər haqda 3 cümlə...” – Deputatdan SİLLƏ kimi cavab!!!

Dünən qulağıma çatdı ki, qaraguruh yığını yenə külli - nəcabəti ilə üzərimə tökülüb və əsas da Cəmil Həsənli, Sevinc Osmanqızı, "Toplum.Tv” (oxu: Toplan. Tv) ağzının şorbasını dağıdıb.

Üstəlik, məsələnin ən kuryoz tərəfi: Üçü də əxlaqdan, düzgünlükdən, dürüstlükdən dəm vurub.

Ona görə, məcburam, hərəsi haqda 1 - 2 cümlə yazım.

Amma çox yox, sadəcə 1 - 2 cümlə...

Birincisi...

Ay, Cəmil. Ay, "bomj” Cəmil. Ay, papaqsız Cəmil. Ay - sadəcə vaxtı olandan - olana, kvartaldan - kvartala siyasətlə məşğul olan Cəmil!

Öncə səndən başlayaq...

Təxminən 6 ay əvvəl, doğmaca nəvən məhkəmə istintaqında (Rusiyada cinayət məsuliyyətinə cəlb edilib, Azərbaycana ekstradisiya olmuş şəxslə bağlı) belə bir rəsmi ifadə vermişdi və...həmin ifadə stenoqrama da düşüb: "Mənim bu adamla heç bir xüsusi münasibətim yoxdur. Mən, onunla periodik dövrlərdə yalnız pul qarşılığında görüşmüşəm.”

Qısası, Cəmil Həsənli!

Get, başına yaylıq bağla, ondan sonra ortalıqda gəz və "əxlaq” sözünü bir də dilinə alma!

İkincisi...

Kardaşyanın mənəvi bacısı - Sevinc Osmanqızı!

Tövsiyyəm budur, sadəcə bir məqamı unutmayasan:

Sənin özünün satılıq qiymətin nədirsə, sözünün satılıq qiyməti də odur!

Və...əmin ol: Anti - Azərbaycan qüvvələrinə təklif elədiyin "hər şey daxil” paketi bundan sonra (o da ən yaxşı halda və uzaq başı!) ya adi qonaqlıqla qiymətləndiriləcək, ya kirayə pulunun bəlli bir qisminin ödənilməsi ilə, ya da nə bilim, məsələn, qaza, suya, işığa olan borcunun yarı qarşılığı ilə! Vəssalam.

Yəni, bu qədər ucuzsan, bu qədər adisən, bu qədər qiymətsizsən!

Nəhayət!

Üçüncüsü...

"Toplum.TV”- siz, "Toplan.TV”- siz, "Kaplan.TV”- siz, hər nəsiz, nə ünsürsüz, bilmirəm.

Amma bir həqiqət var ki, onu dəqiq bilirəm: Mənim işim sizin kimi cılızlarla, jurnalist qiyafəsinə girmiş "bandit”lərlə, şüursuz, beyinsiz "amöblər”lə deyil.

Mənim işim – sizin "ağçaqqal”larınızladır, sizə "fas” komandası verənlərlədir, sizə tezis, təlimat, sifariş ötürənlərlərdir!

***

Belə.

Di, gedin "dincəlin”.

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Seçilən
195
1
7news.az

2Mənbələr