ABŞ prezidenti Donald Tramp tədbir görməyəcəyi təqdirdə Kolumbiya prezidenti Qustavo Petronun narkotik qaçaqmalçılığı ilə mübarizədə Vaşinqtonun növbəti hədəfi olacağının bildirib.
Publika.az xəbər verir ki, bu barədə Amerika liderinin sözlərinə istinadən “Politico” məlumat yayıb.
"Kolumbiya çoxlu narkotik istehsal edir. Onların orada kokain fabrikləri var və bunu ABŞ-a satırlar", - Tramp bildirib.
ABŞ prezidenti “Petronun özünə gəlməsi daha yaxşı olar" deyib.
"O, tezliklə hədəf olacaq. Ümid edirəm ki, dinləyir", - Tramp əlavə edib.