Bakıda magistral yolda qəza baş verib.
Far.Az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.
"Təhlükəni qabaqlayın: sürət və məsafəyə diqqət edin
Qarşıda texniki nasazlığı olan bir avtomobil yolda hərəkətsiz qala bilər. Bu kimi hallar sürücülər üçün qəfil maneə yaradır və qəza riskini artırır. Hadisənin baş verməməsi üçün hərəkət iştirakçıları qaydalara əməl etməlidirlər.
Sürət həddini aşmamaq, təhlükəsizlik məsafəsini saxlamaq, diqqəti yoldan yayındırmamaq və texniki nasaz avtomobillərdən yan keçərkən ehtiyatlı davranılmalıdır", - deyə məlumatda qeyd olunub.