AZ

Milyonluq tenderlərin "bir mənbə metodu" ilə yalnız müəyyən şirkətlərə verilməsi məsələsinin qanuni tərəflərinə aydınlıq gətirildi

Hüquqşünas Əkrəm Həsənov bəzi milyonluq tenderlərin rəqabət olmadan, "bir mənbə metodu" ilə yalnız müəyyən şirkətlərə verilməsi məsələsinin qanuni tərəflərinə aydınlıq gətirib.

 

Ə.Həsəov Pravda.az-a açıqlamasında deyib ki, "bir mənbə metodu" üçün Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi razılıq verməlidir.

 

Hüquqşünas qanunvericiliyin yol verdiyi halları açıqlayıb: “Ya bazarda başqası yoxdur, bir-iki nəfərdir, ya da hansısa təhlükəsizlik meyarları, dövlət əhəmiyyəti var. Buna görə tender bir mənbədən alınmalıdır, yəni bu məqsədəuyğundur. Təcrübədə isə təəssüf ki, məqsədəuyğunluq amilini geniş mənada başa düşürlər və razılıq verirlər. Prinsipcə guya rəqabətli tenderdə hər şey düzgün olur? Yox”.

 

Aytəkin Qardaşova

Tarix: 11 Dekabr 2025, 11:51   
Seçilən
30
pravda.az

1Mənbələr