AZ

Yanvar-noyabr aylarında 49,4 min şəxsə əlillik təyin olunub

11 ayın sosial göstəriciləri

QHT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ilin yanvar-noyabr ayları ərzində 49,4 min şəxsə əlillik təyin edilib.

Onlardan 22,8 min şəxsə ilkin, 26,6 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

 

Seçilən
23
15
qht.az

10Mənbələr